1 avqust 2023 at 11:21
Jurnalist kodu: 5487
Xəbər kodu: 85186472
T T
1 Persons

Tags

Müqəddəsləri təhqir etmək cinayət hesab olunsun - Təşkilatın islamofobiya üzrə nümayəndəsi təyin edilsin

Tehran - İRNA - İranın xarici işlər naziri İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə iclasında dinlərin təhqir edilməsinin cinayət hesab olunması üçün həll yolu təqdim etməklə yanaşı, İƏT Baş katibindən təşkilatın islamofobiya məsələlərində xüsusi nümayəndəsinin təyin edilməsini istəyib.

İRNA-nın məlumatına görə, Hüseyn Əmir Abdullahiyan bazar ertəsi günü İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin videokonfrans şəklində keçirilən 18-ci fövqəladə iclasında İƏT Baş katibi Hüseyn İbrahim Tahaya İran, İraq və Ərəbistanın təklifi ilə təşkilatın Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasının keçirilməsinə şərait yaratdığına görə təşəkkür edərək, deyib: “Bu günkü iclas müqəddəs Qurani-Kərim və İslam dininin dəyərlərinin təhqir olunması ilə mübarizə məsələsində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əvvəlki səylərinin davamı kimi qiymətləndirilməlidir. Bu günkü görüşümüz vahid İslam xalqının nümayəndələri kimi İslam hökumətlərinin islamofobiya kimi dəhşətli fenomen, nifrət və ayrı-seçkilik və təkcə müsəlmanlara deyil, həm də digər ilahi və İbrahimi dinlərin inanclarına, prinsiplərinə, dəyərlərinə və müqəddəsliklərinə qarşı zorakılıqla effektiv mübarizə aparmaqda qəti qərarlı olduğunu göstərir.

Qurani təhqir etmək, dünyadakı iki milyarddan çox müsəlmanın insani dəyərlərini, habelə ən müqəddəs dəyər və inanclarını təhqir etmək kimi gülünc, iyrənc və mənfur hərəkət olmaqla yanaşı, çox narahatedici tendensiyanın başqa bir təzahürüdür. Bu, dünya xalqlarının mədəni və dini ortaqlıqlarına məhəl qoymayan, beynəlxalq aləmdə insan hüquqlarını, qarşılıqlı anlaşmanı və dinc yanaşı yaşamaq ruhunu inkar etmək məqsədi daşıyan prosesdir. Çox təəssüfləndirici haldır ki, bu gün “söz azadlığı hüququ”nu dəstəkləmək bəhanəsi ilə bəzi insanlar etiqad və dəyərləri təhqir edir və bəzi Avropa hökumətləri tərəfindən rəsmi şəkildə dəstəklənir.”

Əmir Abdullahiyan vurğulayıb: “Hesab edirik ki, dinlərə, o cümlədən İslama qarşı hər hansı təhqirin təkrarlanmasının qarşısının alınması hər kəsin marağındadır. İsveç və Danimarkada baş verən son acı hadisələr İslam dövlətləri üçün kollektiv məsuliyyətdir ki, bu cür təxribatçı hərəkətlərə tez bir zamanda son qoymaları, bu cinayətləri törədənlərin qanun çərçivəsində cavab vermələri və ciddi şəkildə cəzalandırılmaları üçün Avropa hökumətlərinə təzyiq etsin.”

İranın xarici işlər naziri daha sonra deyib: “İslam dövlətlərinin nümayəndələri olaraq diqqətimizi buna yönəltməliyik ki, Quranın yandırılması və islami müqəddəslərin təhqir edilməsi islamafobiya və irqçiliyin açıq və qınana bilən nümunələridir və cinayət hesab edilməlidir. Yalnız bundan sonra ümid etmək olar ki, bəzi qərb dövlətləri söz azadlığını qorumaq kimi aldadıcı bəhanə ilə bu cür qeyri-insani, təhqiramiz və normaları pozan hərəkətlərə icazə verə bilməyəcəklər.”

Əmir Abdullahiyan çıxışının sonunda deyib: “Sonda qurumun yüksək vəzifəli şəxslərinin dünənki iclasında ölkəmin bugünkü iclasın təsdiq etdiyi qətnamə ilə bağlı öz təkliflərini təqdim etdiyini elan etməklə yanaşı, bu təşkilatın Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən 48-ci iclasının təsdiqlərinə istinad edərək, Baş katibdən ən qısa zamanda təşkilatın islamafobiya üzrə xüsusi nümayəndəsini təyin etməsini istəyirəm. Dünyanın belə acı hadisələrin şahidi olmayacağı bir gün ümidilə. İslam hökumətləri və ümmətinin bu hərəkətlər hər hansı bir ölkədə təkrarlanacağı surətdə, həmin ölkə ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaqdan, hətta diplomatik əlaqələri kəsməkdən və həmin ölkənin mallarına embarqo qoymaqdan başqa çarəsi qalmayacaq.”

1 Persons

Sizin rəyiniz

You are replying to: .